ABŞ-nin Pensilvaniya ştatının Eri şəhərində atışma olub.
Herbiand.az xəbər verir ki, bu barədə "CBS" telekanalı məlumat yayıb.
Hadisə nəticəsində azı 9 nəfər həlak olub, onlardan ikisi uşaqdır.
Məlumata görə, cinayətkarla polis arasında atışma olub. Qeyd olunub ki, şahidlər bir kişinin silahdan atəş açıb evə girdiyi barədə polisə məlumat veriblər. Polislər hadisə yerinə gələndə küçədə iki qadının cəsədini, evin daxilində isə daha bir neçə nəfərin meyitini aşkar ediblər.
Polisin məlumatına görə, şübhəli şəxs də ölü tapılıb.