Advertisment

Bu ilin sonuna kimi Füzulinin Dövlətyarlı və Pirəhmədli kəndlərinə əhalinin qayıdışı nəzərdə tutulur

Bu ilin sonuna kimi Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli kəndlərinə əhalinin qayıdışı nəzərdə tutulur.

Herbiand.az APA-ya istinadən xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bildirib.

O qeyd edib ki, hazırda hər iki kənddə bərpa və tikinti işləri davam etdirilir və işlərin ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır.

Təranə Quluyeva vurğulayıb ki, oktyabrın 17-si Füzulinin işğaldan azad olunmasının ildönümü münasibətilə şəhərdə silsilə tədbirlər keçirilir. O bu tarixin həm dövlət, həm də Füzuli sakinləri üçün əlamətdar olduğunu qeyd edib.