Ukraynalı hərbçilər ölü kimi davranıblar və Zaporojye bölgəsindəki Çervonıy Yar kəndində Rusiya dəniz piyadalarına arxadan hücum etməyə cəhd ediblər.
Herbiand.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə Rusiya ordusunun "Şərq" qüvvələr qrupunun 55-ci qvardiya dəniz piyadaları diviziyasının baş atıcısı, Baltazar ləqəbli döyüşçü bildirib.
Onun sözlərinə görə, Rusiya qüvvələri istehkamları təmizləyərkən yerdə torbalarda uzanmış insanlar aşkar ediblər. Məlum olub ki, Ukrayna əsgərləri içəridə özlərini ölü kimi göstəriblər. Onlar dəniz piyadalarının getməsini gözləyərək, arxadan hücum etmək istəyiblər.
"İçəri girəndə torbalarda cəsədlər var idi və biz keçdikdən sonra onlar arxadan hücum etməyə çalışıblar, amma onlarda heç nə alınmadı", - Baltazar deyib.
O, qeyd edib ki, Ukrayna əsgərləri oxşar taktikalardan bir neçə dəfə istifadə ediblər, lakin rus əsgərlərinə bu şəkildə hücum etmək cəhdlərinin heç biri uğurlu olmayıb.
Bəxtiyar CƏFƏRLİ