Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Orel şəhərində zavoda endirilən raket zərbəsindən sonra yanğın baş verib.
Herbiand.az xəbər verir ki, bu barədə Orel vilayətinin qubernatoru Andrey Klıçkov özünün “Maks” sosial şəbəkəsində hesabında yazıb.
Onun sözlərinə görə, yanğın söndürülüb. Hadisə nəticəsində tibbi yardım üçün səkkiz nəfər müraciət edib.
Qubernator hücumun axşam saatlarında, insanların daha çox hərəkətdə olduğu vaxtda baş verdiyini bildirib.
Qeyd edək ki, bir neçə gün bundan öncə Orel vilayətində hava hücumundan müdafiə qüvvələrinin Ukraynaya məxsus 15 PUA və iki raketi məhv etdiyi açıqlanıb.
Aydın