Advertisment

Avropa Komissiyası Baltikyanı ölkələrə pul ayırmadı: drondan müdafiə üçün

Avropa Komissiyası Baltikyanı ölkələrə pilotsuz təyyarələrdən müdafiə üçün ayrılan əlavə 500 milyon avroluq qrantı rədd edib. Brüssel birbaşa maliyyələşdirmə əvəzinə kreditlərdən istifadə etməyi təklif edib.

Herbiand.az Litva Milli Radio və Televiziyasına istinadən bildirir ki, bu barədə müdafiə və kosmik məsələlər üzrə Avropa Komissarı Andrius Kubilius deyib.

Onun sözlərinə görə, mümkün yollardan biri SAFE hərbi proqramı vasitəsilə əlavə maliyyələşdirmə cəlb etməkdir: “Bu yaxınlarda bız yeni konkurs elan edəcəyik, çünki ilk konkursdan sonra 21 milyard avro qalıb”.

Bəxtiyar CƏFƏRLİ