Kiyevin 2022-ci ilin sonunda Moskva ilə razılığa gəlmək şansı var idi.
Herbiand.az bildirir ki, bu barədə Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.
O bildirib ki, münaqişənin əvvəlində danışıqlar Ukraynanın maraqlarına uyğun idi, çünki hakimiyyət ölkənin duruş gətirəcəyindən əmin deyildi: “Hesab edirəm ki, 2022-ci ilin sonuna qədər hər iki tərəfin kompromis axtarmaq üçün konkret səbəbləri var idi. Cəhd etmək mümkün idi. Lakin ictimai eyforiya və "Moskvanı cəzalandırmaq" istəyi razılaşmanın qarşısını aldı”.
Bəxtiyar CƏFƏRLİ