Advertisment

Vandalizmə məruz qalmış sovet abidəsi ziyarətçilər üçün bağlanıb

Niderlandın Lesden şəhərinin hakimiyyət orqanları ikinci dəfə vandalizmə məruz qalan "Sovet şöhrət sahəsi" abidə kompleksini bərpa edəcəyinə söz verib.

Herbiand.az bildirir ki, bu barədə şəhər meriyasının rəsmisi Patrisiya van Trixt RİA Novosti agentliyinə deyib.

O, qeyd edib ki, artıq təmizləmə və təmir işləri başlayıb.

Bərpa işləri zamanı memorial qəbiristanlıq ziyarətçilər üçün bağlanıb.

Van Trixtin sözlərinə görə, işlər başa çatdıqdan sonra abidə yenidən açılacaq: “Hakimiyyət orqanları abidənin lazımi görünüşünü mümkün qədər tez bərpa etmək və həlak olanların xatirəsini qorumaq niyyətindədir”.

Qeyd edək ki, hadisə 31 oktyabrda baş verib.

Bəxtiyar CƏFƏRLİ