Advertisment

Fransız şirkəti Yunanıstan donanmasına yeni freqat təhvil verib

Fransanın Naval Group şirkəti Yunanıstan Hərbi Dəniz Qüvvələrinə sifariş edilmiş dörd FDI HN (Belharra) sinifli gəmilərinin ikincisi olan “Nearchos” freqatını təhvil verib.

Herbiand.az bildirir ki, mərasim 30 oktyabr tarixində Loryan şəhərində keçirilib.

Tədbirdə Yunanıstanın müdafiə naziri Nikos Dendias və Fransa Silahlı Qüvvələrinin rəhbəri Katrin Votren iştirak edib.

FDI freqatlarının uzunluğu 122 metr, eni 18 metrdir. Ekipaj 125 nəfərdən ibarətdir (əlavə 28 nəfərlik yer də mövcuddur).

Gəminin döyüş sistemləri Naval Group-un mülkiyyətində olan SETIS 3.0 sistemi tərəfindən idarə olunur. Silahlanmaya MM40 “Exocet” gəmi əleyhinə raketlər, “Aster 15/30” zenit raketləri, 76 mm-lik top dəstləri, məsafədən idarə olunan 20 mm-lik “Narval” artilleriya sistemləri və 324 mm-lik torpedo boruları daxildir. Göyərtədə həmçinin, NH90 çoxməqsədli helikopter də daşımaq mümkündür.

Bəxtiyar CƏFƏRLİ