Rusiyanın “Qazprom” şirkəti 2026-cı ilin ilk doqquz ayında xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,6 faiz azalıb.
Herbiand.az xəbər verir ki, bui barədə şirkətdən verilən məlumatda bildirilir.
Şirkətin Rusiya mühasibat uçotu standartları (RMS) üzrə hesabatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında xalis mənfəət 114,8 milyard rubl təşkil edib.
Bununla belə, üçüncü rübün nəticələri müsbət olub. Belə ki, şirkət iyul-sentyabr aylarında 36,4 milyard rubl xalis mənfəət əldə edib. Halbuki ötən ilin eyni dövründə 159,6 milyard rubl zərər qeydə alınmışdı.
Hesabat dövründə “Qazprom”un gəlirləri 4 faiz artaraq 4,44 trilyon rubla çatıb. Ümumi mənfəət isə 16 faiz yüksələrək 1,45 trilyon rubl olub.
Şirkətin satış xərcləri ilk doqquz ayda 0,8 faiz azalaraq 2,99 trilyon rubl təşkil edib. O cümlədən, qaz satışının maya dəyəri 0,6 faiz azalaraq 1,29 trilyon rubla düşüb.
Hesabatda şirkətin öhdəliklərinin artdığı da diqqət çəkib. Belə ki, uzunmüddətli öhdəliklər 2,9 faiz artaraq 6,57 trilyon rubla, qısamüddətli öhdəliklər isə 3,9 faiz yüksələrək 3,03 trilyon rubla çatıb.
Qeyd edək ki, iyul ayında “Qazprom”un səhmləri tarixinin ən aşağı səviyyəsinə enərək 80 rubldan aşağı düşüb. Həmin vaxtdan etibarən səhmlərin qiyməti təxminən 1,5 dəfə artaraq 115 rubla yüksəlib.
Aydın