Qarabağ və Şərqi Zəngəzurun bərpası qələbəmizi real məzmunla birləşdirir.
Herbiand.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Sədr bildirib ki, Tarixi Zəfər dövlətimizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunmasına yol açıb və onun əhəmiyyəti ildən-ilə daha aydın şəkildə üzə çıxır: “Azərbaycan ərazisində fəaliyyət göstərən kriminal xunta rejiminin mövcudluğuna son qoyulub. Böyük səylər hesabına yaradılan siyasi, iqtisadi və hərbi potensial tarixi qələbədə təcəssümünü tapıb. BMT Təhlükəsizlik Şurasının və digər təşkilatların onilliklər boyu kağız üzərində qalan qətnamələrinin icrası təmin edilib. Qarabağ və Şərqi Zəngəzurun bərpası qələbəmizi real məzmunla birləşdirir”.