Rusiyanın paytaxtı Moskvada bu mövsümün ilk qarı müşahidə olunub. Herbiand.az xəbər verir ki, bu barədə “Moskva M125” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, qar şəhərin mərkəzində, Meşanski rayonunda qeydə alınıb.
Şəhər sakinlərinin lentə aldığı görüntülərdə göydən qar dənələrinin yağdığı görünür.
Bundan əvvəl “Meteo” Proqnoz Mərkəzinin rəhbəri Aleksandr Şuvalov moskvalıları quru hava dövrünün başa çatdığı barədə xəbərdar edib.
Proqnozlara əsasən, cari həftə paytaxtda soyuq və yağıntılı hava şəraiti hökm sürəcək. Havanın temperaturunun gündüz 1-3 dərəcə isti, gecə isə 5 dərəcə şaxtadan 0 dərəcəyədək olacağı gözlənilir.
Yağıntıların qar və yağış şəklində düşəcəyi bildirilir.
Aydın