Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyəti Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının əhəmiyyətini anlamır. Əgər Türkiyə ona zərbə endirsə bu, Rusiyaya hücum kimi qiymətləndiriləcək.
Herbiand.az xəbər verir ki, bu fikri Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Facebook-da bildirib.
"Amma parlamentin bir üzvü çıxış edərək deyir ki, əgər Türkiyə Ermənistana hücum edərsə, 102-ci hərbi baza ona 20 dəqiqədən çox tab gətirə bilməyəcək. Mən sizə daha çoxunu deyəcəm. Bir neçə min nəfərdən ibarət olan 102-ci baza 20 dəqiqə yox, 10 dəqiqədən çox tab gətirə bilməyəcək. 102-ci baza Rusiya Silahlı Qüvvələridir. Və əgər Türkiyə ordusu bazaya zərbə endirərsə, bu, 102-ci bazaya hücum olmayacaq. (...) Bu, Rusiyaya hücum olacaq ", - keçmiş müdafiə naziri qeyd edib.
Karapetyan əlavə edib ki, baza Ermənistanda səngərlərdə yer tutmaq üçün yerləşdirilməyib, baxmayaraq ki, Rusiya qoşunları bunu Qarabağ müharibəsi zamanında olduğu kimi edə bilərdi: “Bu, Türkiyə ilə mümkün müharibənin, həmçinin Rusiyadan sursat təchizatının vacib hissəsi olardı”.
Bəxtiyar CƏFƏRLİ