Advertisment

Nyu-York meri Səddam Hüseynlə müqayisə edildi - FOTO

Nyu-York meri Zohran Mamdani gözlənilmədən imicini dəyişib və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Herbiand.az bildirir ki, şəkillər və şərhlər New York Post (NYP) nəşrinin X sosial səhifəsində dərc olunub.

Mamdani Nyu-York şəhər marafonunda yeni görünüşü ilə görüntülənib. Şəkillərdə onun bığlarını saxlayaraq saqqalını qırxdığı görünür.

Platforma istifadəçiləri merin bu dəyişikliyindən təəccübləniblər. Bəziləri onu İraq lideri Səddam Hüseynlə müqayisə ediblər. Şərhlərdə "Onun yan saçlarını qırxmasını gözləməli olacağıq", "Mario, yoxsa Hüseyn?", "Görəsən stilistinə hansı xahişlə gedib?", "İyrənc" və "İndi necədə qəribə görünür" sözləri yazılıb.

Portalın məlumatına görə, Mamdaninin yeni görünüşü sadəcə kortəbii qərar deyil. Məlum olub ki, o, hər il noyabr ayında keçirilən "Usopad" (Movember) xeyriyyə tədbirində iştirak edib. Məqsəd kişilərin sağlamlıq problemlərinə ictimaiyyətin diqqətini cəlb etmək olub.

Bəxtiyar CƏFƏRLİ