Braziliyada oyun zamanı qeyri-adi hadisə yaşanıb. Santa Katarina ştatının İmbituba şəhərində keçirilən “Divinia” və “Arrow” komandaları arasında keçirilən matç zamanı braziliyalı futbolçu Dudunun pariki yerə düşüb.
Herbiand.az bildirir ki, bu barədə R7 nəşri yazıb.
Oyunun bitməsinə 10 dəqiqə qalmış “Divinia”nın hücumçusu Dudu topu havada vurmaq qərarına gəlib. O, yerindən sıçrayaraq topa başla zərbə endirib. Bu hərəkətindən sonra süni saçları yerə düşüb, lakin özünü itirməyib. Meydandan pariki götürüb başına bərkitməyə çalışıb, lakin uğursuz olub. Buna görə, Dudu matçın qalan hissəsini pariki əlində tutaraq keçirib.
Bəxtiyar CƏFƏRLİ