“Kalaşnikov” konserni Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Federal Xidmətinə (Rosqvardiya) müasir “Kalaşnikov” avtomatları və SV-98 snayper tüfənglərini təhvil verib.
Herbiand.az bildirir ki, bu barədə holdinqin mətbuat xidməti Telegram-da məlumat verib.
Rusiya Milli Qvardiyası AK-74M-dən hazırlanmış 5.45 mm-lik AK-200 avtomatları alıb. Həmçinin, 200-cü modelin qısaldılmış versiyası olan AK-205-lər də təhvil verilib. İki silah arasındakı əsas fərq onların 314 mm-lik lüləsidir.
Bundan başqa, qvardiyaçılara SV-98 tüfəngləri də verilib. Silah 1000 metrə qədər məsafədəki hədəfləri vurmaq üçün nəzərdə tutulub. Tüfəngin çəkisi optik cihaz olmadan 6,5 kiloqramdır.
Bəxtiyar CƏFƏRLİ