Polşanın yaxın həftələr ərzində Ukraynaya MiQ-29 qırıcı təyyarələri göndərməyə hazırlaşdığı bildirilir.
“Wirtualna Polska”nın məlumatına görə, bunun müqabilində Polşa Ukraynadan çoxlu sayda pilotsuz uçuş aparatı və müvafiq texnologiyalar əldə edəcək.
Məlumata əsasən, tərəflər arasında bu məsələ ilə bağlı danışıqlar artıq yekun mərhələyə çatıb.
Mənbə bildirib ki, razılaşma əldə olunacağı təqdirdə MiQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsi yaxın həftələrdə həyata keçiriləcək. Bunun müqabilində Ukrayna tərəfi Polşaya dronlar və onlarla bağlı texnologiyalar təqdim edəcək.
Beləliklə, sövdələşmənin əsasını Polşanın döyüş təyyarələrini Ukraynaya verməsi, Kiyevin isə qarşılığında pilotsuz sistemlər və müvafiq texnologiyalarla təmin etməsi təşkil edir.