Oman Sultanlığının xarici işlər naziri Bədr Əl-Busəidi bu gün Tehrana səfər edib.
Herbiand.az-ın xəbərinə görə, Oman xarici işlər naziri Tehranda İran xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparıb.
Qeyd edək ki, Oman xarici işlər nazirinin Tehrana səfəri iki ölkə arasında Hörmüz boğazının idarə olunması mexanizminin yekunlaşdırılması ilə bağlı intensiv məsləhətləşmələrin son mərhələyə çatdığı bir vaxta təsadüf edir.