“Hörmüz boğazının birgə idarə olunması mexanizmi ilə bağlı konkret razılaşmalar İran və Oman arasında keçiriləcək danışıqlar zamanı müəyyənləşdiriləcək. Danışıqların iki ayadək davam edəcəyi gözlənilir”.
Bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
Onun sözlərinə görə, tərəflər Hörmüz boğazının gələcək idarə olunması məsələsini 30-60 gün ərzində müzakirə edəcəklər. Bu müddət ərzində boğazdan keçid üçün yeni və daimi marşrutun da razılaşdırılması nəzərdə tutulur.
Qəribabadi bildirib ki, ikitərəfli razılaşmaya əsasən, Fars körfəzinə giriş İranın ərazi sularından, çıxış isə Oman sularından həyata keçiriləcək. Hər iki istiqamətdə gəmilər İranın ərazi sularından keçəcək. Razılaşdırılacaq tranzit marşrutun eni 7 mil təşkil edəcək.
“ABŞ və digər ölkələr bilməlidirlər ki, Hörmüz boğazı İranla razılaşma olmadan açılmayacaq”, – deyə İran rəsmisi vurğulayıb.