Advertisment

Rusiyada mənzillər üçün dron əleyhinə pərdə hazırlanıb

"Rusiya Vətənpərvərləri" forumunda Tümenin “ProfVS” şirkəti öz layihəsini təqdim edib. Bu, mənzillər üçün dron əleyhinə pərdələrdir.

Herbiand.az bildirir ki, yaradıcıların sözlərinə görə, onların məhsulu sakinləri təkcə qəlpələrdən deyil, həm də birbaşa dron zərbələrindən qoruya bilər.

"Hər bir partlayıcı maddə bir növ parçalanma elementi ilə doludur və qəlpəəleyhinə mühafizə bundan qoruyur. Buna görə də, əgər mülki infrastrukturdan danışırıqsa, pərdə əsasən balkon bölmələrini və pəncərə açılışlarını qorumaq üçün nəzərdə tutulub", - layihənin təqdimatında bildirilir.

Mühəndislər izah ediblər ki, dron əleyhinə pərdə yalnız mənzillərdə deyil, həm də şəxsi evlərdə və avtomobillərdə də istifadə edilə bilər.

Bəxtiyar CƏFƏRLİ