ABŞ ordusu İraq və Əfqanıstan kampaniyalarından bəri ən çətin dövrünə qədəm qoyur. Bu qiymətləndirməni Pentaqondakı böhranı quru qoşunları naziri Deniel Driskollun getməsi ilə əlaqələndirən "The New York Times" qəzeti yazıb.
Qəzet yazır ki, rəhbərliyin istefası gözlənilməz deyildi, lakin vaxt olduqca uğursuz seçilib: "Driskolun getməsi gözlənilən idi, lakin bu, ABŞ ordusunun İraq və Əfqanıstandakı müharibələrdən bəri ən gərgin dövrünə qədəm qoyduğu gərgin anda baş verdi".
Nəşr həmçinin, daha geniş problemə diqqət edib: “Quru qüvvələri ciddi rəhbərlik çatışmazlığı yaşayır. Pentaqon katibi Pit Heqsetin təhrik etdiyi bir sıra işdən çıxarılmalar və münaqişələrdən sonra xidmət əslində tam hüquqlu komandanlıq strukturundan məhrum qalıb. Heqset əvvəllər ən azı üç yüksək rütbəli zabitin istefasına nail olub. İndi isə quru qoşunları naziri vəzifəsi də boş qalıb. Müdafiə rəisi bu vəzifəyə Pentaqonun mətbuat katibi Şon Parnellini nəzərdən keçirir”.
Qeyd edək ki, Deniel Driskoll Prezident Donald Trampa istefa ərizəsi təqdim edib.
Bəxtiyar CƏFƏRLİ