Rusiyada Ukraynanın pilotsuz təyyarələrini məhv etmək üçün yeni nəsil lazer kompleksindən istifadə olunmağa başlanılıb. Sistem xeyli məsafədən hava hədəflərini vurmağa qadirdir və artıq strateji əhəmiyyətli obyektləri qorumaq üçün istifadə olunur.
Herbiand.az bildirir ki, quraşdırmanın döyüş əməliyyatını ilk olaraq “Vesti”nin hərbi müxbiri Aleksandr Roqatkin nümayiş etdirib.
Yayımlanan kadrlarda kompleks qoruyucu modulu açdıqdan sonra gecə səmasına bənövşəyi şüa göndərir. Bir müddət sonra təsirə məruz qalan dron alovlanır və yerə çırpılır.
Lazer müxtəlif tipli dronlarla mübarizə aparmaq üçün nəzərdə tutulub. Sistemin əhatə dairəsi əvvəlki nəsil zenit artilleriyasının, pulemyotların, MANPADS və lazer sistemlərinin imkanlarını üstələyir.
Bəxtiyar CƏFƏRLİ