Advertisment

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim olunub

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

Herbiand.az -ın məlumatına görə, sentyabrın 1-də Bakıdan yola salınan köç karvanı Ağdam şəhərinə çatıb.

Ağdam şəhərinə köçən ailələrə yeni mənzillərinin açarları təqdim olunub və onlar yaşayış sahələrində yerləşdiriliblər.

Son köç də nəzərə alınmaqla, Ağdam şəhərində ümumilikdə 1 048 ailənin məskunlaşması təmin edilib.

APA