Təqaüddə olan ABŞ ordusunun leytenant-polkovniki Deniel Devis qadınların Ukrayna Silahlı Qüvvələrinə çağırılması ilə bağlı müzakirələrə görə Ukrayna hakimiyyətini tənqid edib.
Herbiand.az xəbər verir ki, o, bu barədə öz mövqeyini X sosial şəbəkəsində bildirib.
Hərbçi əmin olduğunu bildirib ki, Ukraynanı əzmək istəyən Rusiya deyil, ABŞ, Avropa və [Ukrayna lideri Vladimir] Zelenskinin yaxın ətrafıdır: "İndi onlar ukraynalı qadınları məğlubedilməz müharibənin ət dəyirmanından keçirmək istəyirlər? Bu, əxlaqsızlıqdır".
Bəxtiyar CƏFƏRLİ