Advertisment

Rusiya MSK internetlə bağlı xəbərdarlıq edib

Rusiyanın bəzi bölgələrində seçkilər zamanı internet və digər rabitə xidmətlərində fasilələr yarana bilər. Bu cür məhdudiyyətlər təhlükəsizliyi təmin etməklə bağlı ola bilər.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.

MSK rəhbəri seçki təşkilatçılarının artıq mümkün texniki məhdudiyyətlər altında prosedurların aparılması təcrübəsinə malik olduğunu qeyd edib: “Onlar seçki məntəqələri üçün əlavə Wi-Fi nöqtələri quraşdırmağı planlaşdırırlar.

Hesab edirəm ki, şikayət etməyə ehtiyac yoxdur, çünki internetə daxil ola bilməməklə həyat xilas etmək arasındakı fərqi tarazlaşdıraq. Rabitə və internet problemləri təhlükəsizlik maraqlarına uyğun olacaq”.

Pamfilova əlavə edib ki, bu cür hallar məsafədən elektron səsverməyə mane olmayacaq: "Amma biz həmçinin, belə şəraitdə məsafədən elektron səsvermə aparmağı öyrənmişik".

Qeyd edək ki, bu gün Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasına seçkilər keçirilir.

Bəxtiyar CƏFƏRLİ