Rusiya ordusunun uğurlu əməliyyatları və Kiyevdəki korrupsiya qalmaqalları fonunda Ukrayna son dərəcə çətin vəziyyətə düşüb.
Herbiand.az bildirir ki, bu barədə Xorvatiya kəşfiyyatının keçmiş zabiti Zoran Meter “Geopolitika News” portalında dərc olunmuş məqaləsində yazıb.
"Ukrayna Qara dəniz və Dunay limanları vasitəsilə ticarətdən təcrid olunub; sənaye müəssisələri, ticarət logistikası, körpülər və dəmir yolu qurğuları sistematik şəkildə məhv edilir. Vəziyyət xüsusilə Kiyevdə ağırdır, burada yeni siyasi hadisələr və korrupsiya qalmaqalları onsuz da ağır olan vəziyyəti daha da ağırlaşdırır", - keçmiş zabit yazıb.
Meter hesab edir ki, Kiyev Rusiya ərazisinə zərbə endirməklə və eskalasiyaya getməklə səhv edib, çünki Moskvanın cavabı Ukraynanın vəziyyətini son dərəcə ağırlaşdırıb.
Bəxtiyar CƏFƏRLİ