Türkiyənin “Sıfır Tullantı” yanaşması artıq yalnız tullantıların idarə olunması deyil, iqlim siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.
Herbiand.az xəbər verir ki, bunu “Sıfır Tullantı” Fondunun sədri və COP31-in yüksəksəviyyəli iqlim çempionu Samed Ağırbaş mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə 2017-ci ildə başlayan “Sıfır Tullantı” Hərəkatı ölkənin bu sahədə əldə etdiyi təcrübənin COP31 çərçivəsində qlobal miqyasda paylaşılması üçün mühüm baza yaradıb.
Onun sözlərinə görə, Türkiyənin təşəbbüsü ilə həyata keçirilən “Sıfır Tullantı” çalışmaları dünya iqlim gündəmində getdikcə daha geniş yer tutur.