Cochin Shipyard Limited (CSL) gəmiqayırma zavodu Hindistan Hərbi Dəniz Qüvvələri üçün yeni nəsil ilk raket gəmisinin (NGMV) kilini qoyub.
Herbiand.az bildirir ki, gəminin istehsalı üçün polad kəsmə işləri 2024-cü ilin dekabr ayında başlayıb.
CSL 2023-cü ilin mart ayında Hindistan Müdafiə Nazirliyi ilə altı belə gəminin layihələndirilməsi və tikintisi üçün 1 milyard dollardan çox məbləğdə müqavilə imzalayıb.
NGMV-nin əsas missiyası gəmilərə, ticarət gəmilərinə və quru hədəflərinə zərbə endirməkdir. Müdafiə rolunda onlar yerli əməliyyatlar və dəniz inkişaf sahələrinin qorunması üçün nəzərdə tutulub.
Uuzunluğu 89 metr, eni 12 metr olan gəminin su tutumu 1437 tondur. Heyət 80 nəfərdən ibarət olacaq.
Gəmi su püskürtmə sistemləri ilə təchiz olunacaq. Silahlanmaya BrahMos gəmi əleyhinə raketlər və şaquli buraxılışlı hava hücumundan müdafiə sistemləri, 76 mm-lik artilleriya qurğusu və qısa məsafələrdə özünümüdafiə üçün CIWS artilleriya sistemləri daxildir.
Bəxtiyar CƏFƏRLİ