Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbasın təşkilatçılığı ilə bir qrup şəhid anası və ailə üzvlərinin Türkiyədə görüşləri davam edir.
Herbiand.az həmin görüş və tədbirlərdən görüntüləri təqdim edir.
Qeyd edək ki, sentyabrın 15-də şəhid anaları Edirne Kapı məzarlığında Nuru Paşanın məzarını ziyarət ediblər.
Həmin gün Balkanlarda Türkləri Yardımlaşma Dərnəyinin sədri Bedrettin Sevimlə də görüş keçirilib.