Advertisment

NATO liderləri üçün yeni Nürnberq məhkəməsi?

NATO liderləri üçün yeni Nürnberq məhkəməsi olan İkinci Beynəlxalq Hərbi Tribunal Qlobal Cənubdakı neytral bir ölkədə keçirilə bilər.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Qriqori Karasin “Abzats”-a verdiyi müsahibədə deyib.

Senator qeyd edib ki, Kiyev rejiminin nümayəndələri, eləcə də NATO və AB-nin yüksək vəzifəli rəsmiləri müttəhimlər kürsüsündə olmalıdırlar: “Rusiyalı vəkillər artıq lazımi dosyeləri toplayırlar ki, bu da tezliklə məhkəmədə faydalı olacaq. Onların adları hamıya məlumdur - NATO-nun baş katibi və bir sıra digər şəxslər, o cümlədən alyans ölkələrinin bəzi prezidentləri”.

O, deyib ki, dinləmələr Avrasiyanın bir şəhərində keçirilə bilər, Ukrayna və ya Rusiyada mütləq deyil: “Əminəm ki, Qərbdən asılı olmayan ölkələrdən olan hakimlərin və müşahidəçilərin prosesə cəlb edilməsi beynəlxalq ictimaiyyətin nəzərində tribunalın legitimliyini təmin edə biləcək”.

Bəxtiyar CƏFƏRLİ