İran ordusu ölkənin dəniz və hava blokadasını aradan qaldırmaq üçün əməliyyata hazırlaşır.
Herbiand.az bildirir ki, bu barədə Londonda yerləşən Iran International televiziya kanalı İranın millət vəkili Əhməd Rastinaya istinadən məlumat verib.
Deputat bildirib ki, silahlı qüvvələr artıq konkret plan hazırlayıb və tezliklə onu həyata keçirəcəklər: “Tehran nə ABŞ-a qarşı cavab tədbirlərindən, nə də nüvə proqramına imtina etmək niyyətində deyil”.
Bəxtiyar CƏFƏRLİ