Xəbər verildiyi kimi Türkiyənin Manisa bölgəsində şaxtaların birində baş verən uçqun faciə ilə nəticələnib. Herbiand.az xəbər verir ki, ədliyyə naziri Akın Gürlek Soma rayonundakı mədən ocağında baş verən uçqun nəticəsində ölənlərin sayının 2-yə yüksəldiyini açıqlayıb.
Qeyd edək ki, uçqun bu gün günorta saatlarında baş verib. Hadisədən dərhal sonra əraziyə xilasetmə qrupları göndərilib.
İlkin məlumatlara görə, qəzadan zərər çəkən 7 işçidən 4-ü axtarış-xilasetmə qrupları tərəfindən çıxarılıb, 2 fəhlə xəstəxanaya göndərilib. Uçqun altında qalan digər 3 işçinin xilas edilməsi üçün axtarış-xilasetmə işləri davam etdirilir.
Aydın