Advertisment

Fitso: NATO-nun kollektiv müdafiəsinə inanmıram

Slovakiyanın baş naziri Robert Fitso NATO Müqaviləsinin 5-ci maddəsinin effektivliyinə şübhə ilə yanaşdığını bildirib.

Herbiand.az xəbər verir ki, NATO-nun 5-ci maddəsinə əsasən, alyansın üzvündən birinə silahlı hücum bütün ittifaqa hücum hesab olunur və bu, hər bir üzvü zərərçəkən tərəfə yardım göstərməyə məcbur edir.

Baş nazir tələbələrlə görüşündə deyib ki, 5-ci maddəyə inanmır: “Bunu açıq şəkildə deyirəm. İnanmıram ki, bir şey baş verərsə, hamı buraya qaçıb bizi müdafiə edəcək”.

O, hesab edir ki, hadisə baş verəcəyi halda, kollektiv müdafiə mexanizminin işə salınmasına etibar etmək lazım deyil: "Bu, çox yaxşı işləməyəcək, çünki Avropa Birliyində həmrəylik artıq işləmir".

Bəxtiyar CƏFƏRLİ