Advertisment

Fransa İsveç üçün ilk FDI freqatının istehsalına başlayıb

Fransanın Naval Group şirkətinin Loryandakı gəmiqayırma zavodunda İsveç Kral Donanması üçün ilk FDI sinifli freqatın istehsalı başlayıb.

Herbiand.az bildirir ki, freqatın tikintisi müqavilənin imzalanmasından bir ay sonra başlayıb

Onun təhvil verilməsi 2030-cu ilə planlaşdırılır.

Xatırladaq ki, tərəflər 31 avqustda 4 gəminin təhvil verilməsi üçün 4,3 milyard avro dəyərində müqavilə imzalayıb.

FDI sinifli freqatların əsas versiyasının uzunluğu 122 metr, eni 18 metrdir. Heyət 125 nəfərdən ibarətdir (əlavə 28 nəfər də yerləşdirilə bilər).

Arsenala MM40 “Exocet” gəmi əleyhinə raketləri, “Aster-15/30” zenit raketləri, 76 mm-lik top dəstləri, “Narval” 20 mm-lik məsafədən idarə olunan artilleriya sistemləri və 324 mm-lik torpedo boruları daxildir. Freqatlar həmçinin, 700 kq-a qədər çəkiyə malik pilotsuz uçuş aparatı və NH90 çoxməqsədli helikopter daşımaq üçün nəzərdə tutulub.

Gəmi sistemlərinin müasir kibertəhdidlərdən, eləcə də elektron əks tədbirlərdən qorunmasına xüsusi diqqət yetirilir.

Bəxtiyar CƏFƏRLİ