Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Herbiand.az xəbər verir ki, rəsmi Tokio 33 Rusiya təşkilatını və 9 Rusiya vətəndaşını sanksiya siyahısına daxil edib.
İlk dəfə olaraq Rusiya ilə əlaqələndirilən 35 gəmi də məhdudiyyətlərə məruz qalıb. Maraqlıdır ki, Yaponiya tətbiq etdiyi sanksiyalara baxmayaraq, Rusiyadan qaz almaqda davam edir.
Məlumata görə, Yaponiya hökuməti Rusiyaya qarşı sanksiyaları oktyabrın 2-dən genişləndirib. Qərarın müşayiətedici sənədlərində bu addım Ukraynadakı vəziyyətlə əlaqələndirilir.
Yeni sanksiyalar Rusiya şirkətlərinin və vətəndaşlarının aktivlərinin dondurulmasını nəzərdə tutur. Onların xeyrinə ödənişlərin həyata keçirilməsi, depozitlərin yerləşdirilməsi və kreditlərin verilməsi bundan sonra Yaponiya hakimiyyətinin icazəsini tələb edəcək.
Qeyd edək ki, Yaponiya Maliyyə Nazirliyinin dərc etdiyi siyahıda 9 Rusiya vətəndaşının adı yer alıb.
Onların arasında “VNİİR-Proqress” şirkətinin baş direktoru Vladislav Kostin, “Rostex” dövlət korporasiyasının baş direktor müavini Dmitri Lelikov və dövlət korporasiyasının top-meneceri Vasili Brovko da var.
Yaponiya, həmçinin “TSK Vektor” şirkətinin baş direktoru Artem Yamişkovu da sanksiya siyahısına daxil edib. Şirkət radioelektron mübarizə və pilotsuz aviasiya vasitələrinin hazırlanması ilə məşğuldur.
Aydın
Herbiand.az