Türkiyə Böyük Millət Məclisinə təqdim olunan iki yeni qanun layihəsi daha üç peşə qrupuna yaşıl pasport verilməsini nəzərdə tutur.
Herbinad.az xəbər verir ki, qanun qəbul edilərsə, 5 il uçuş təcrübəsi olan pilotlara, eləcə də 10 il iş stajına malik mühəndis və memarlara "yaşıl pasport" veriləcək.
Qeyd edək ki, “yaşıl pasport” onu daşıyanlara vizasız səyahət imkanı verəcək.
Yeni Partiyanın Bursa millət vəkili Hasan Öztürk və Sivas millət vəkili Ulaş Karasu tərəfindən hazırlanan qanun layihələri artıq parlamentə təqdim olunub.
Eyni zamanda TBMM-nin daxili işlər komissiyasına göndərilib.
Aydın