Finlandiyanın Kalkku şəhərində (Tampere qraflığı) Finlandiya Müdafiə Qüvvələrinin istismardan çıxarılan əmlak və avadanlıqlarının ənənəvi hərracı keçirilib. Hərracda 1000-ə qədər iştirakçı olub.
Herbiand.az xəbər verir ki, bu barədə Iltalehti nəşri məlumat verib.
Hərraca cəmi 312 lot çıxarılıb. Bunlara təkərli və ixtisaslaşdırılmış nəqliyyat vasitələri - Sisu yük maşınları, Lynx qar arabaları, kvadrosikllər, motosikletlər, Mercury motorlu qayıqlar, eləcə də hərbi texnika: qazma qurğuları, qaynaq maşınları, iştirak edənlərin "tabut kimi" adlandırdıqları döyüş başlığı daşıma konteynerləri və forma əşyaları, futbolkalar və alt paltarları daxildir.
Hərraca çıxarılan bütün əşyalar rəsmi olaraq istismardan çıxarılan əmlak və təkrar emal edilə bilən materiallar kimi göstərilib.
Bəxtiyar CƏFƏRLİ