Advertisment

Pakistan lideri husilərə xəbərdarlıq etdi

Pakistan Baş naziri Şahbaz Şərif Yəmənin “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanının Ər-Riyad və Əbha beynəlxalq hava limanlarına mülki şəxslərin ölümü-yaralanması ilə nəticələnən hücumlarını kəskin şəkildə pisləyib.

Herbiand.az xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

“Məkkə Müdafiə İttifaqının Siyasi-Müdafiə Strateji Komitəsinin son qərarları çərçivəsində Səudiyyə Ərəbistanının suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə sadiqliyimiz davamlı və sarsılmazdır”, - hökumət başçısı bildirib.

Şahbaz Şərif qeyd edib ki, Pakistan Səudiyyə Ərəbistanının rəhbərliyi və xalqının yanında qətiyyətlə dayanır.

Teleqraf