Britaniya dənizçiləri yanğın şlanqları ilə sualtı qayıqlara edilən dron hücumlarını dəf etmək üçün təlim keçirlər. Bu, 4 milyard funt sterlinq dəyərində Trident II raketlərini daşıyan Vanguard sinifli sualtı qayıqlar üçün yeganə hava müdafiəsidir.
Herbiand.az bildirir ki, bu barədə The Sun nəşri xəbər verir.
Mənbələrdən biri belə deyib: "Əlimizdə olanlardan istifadə etməliyik".
Şlanqlar Fasleyndəki Klayd bazasında dayanarkən sualtı qayıqların göyərtələrinə qoyulur. Kral Dəniz Qüvvələrinin bu obyekti Böyük Britaniyanın ən məxfi yeri hesab olunur. Hər bir şlanq tapança tutacağı ilə təchiz olunub və bu da dənizçilərin hava hədəflərini vurmasını asanlaşdırır.
Bəxtiyar CƏFƏRLİ