Rusiyanın yeni ZAK-30 "Citadel" zenit artilleriya sistemi ənənəvi zenit qurğularına nisbətən xeyli az mərmi ilə dronları məhv etməyə qadirdir. Bəzi hallarda fərq dəfələrlə çox olur.
Herbiand.az bildirir ki, bu barədə “Rostex” dövlət korporasiyasının nümayəndələri "İzvestiya" qəzetinə bildiriblər.
Onun yüksək effektivliyi müasir atəş idarəetmə sistemi və idarə olunan detonasiya sursatlarının kombinasiyası sayəsində əldə edilib. Şirkət vurğulayıb ki, bu texnologiyalar tək bir hava hədəfini vurmaq üçün tələb olunan mərmilərin sayını əhəmiyyətli dərəcədə azaldır.
Bəxtiyar CƏFƏRLİ