Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Sabah” liqa mərhələsində ilk qələbəsini əldə edib.
Herbiand.az xəbər verir ki, Bakı təmsilçisi II tur çərçivəsində doğma meydanda Çexiyanın “Slaviya” klubunu qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən görüş “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesab 49-cu dəqiqədə Kahim Parris tərəfindən açılıb. Qarşılaşmanın 88-ci dəqiqəsində isə Coy-Lens Mikels rəqib qapısına yol taparaq yekun nəticəni müəyyənləşdirib.
Bu qələbə ilə “Sabah” Çempionlar Liqasının liqa mərhələsində aktivinə ilk üç xalı yazdırıb.
Aydın