Argentina prezidenti Xavyer Miley ölkə yığmasında karyerasını başa vurmuş Lionel Messiyə təşəkkür edib. Herbiand.az xəbər verir ki, Miley bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
“Lionel Messi, meydanda və meydandan kənarda bizə bəxş etdiyin bütün möcüzələr sənə təşəkkür edirəm. Sən bütün dünyaya göstərdin ki, əzmkarlıqla mümkünsüzə nail olmaq olar. Sən şübhəsiz ki, bütün zamanların ən yaxşısısan” - deyə, Miley yazıb.
Qeyd edək ki, Argentina millisinin heyətində Beninə qarşı keçirdiyi son oyundan sonra 39 yaşlı MNEssi milli komandadakı karyerasını başa çatdırıb.
Qarşılaşma Argentina millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qollara Nikolas Otamendi və Niko Pas imza atıblar. Messi 71-ci dəqiqədə penaltidən fərqlənib. Bundan əlavə, argentinalı hücumçu iki məhsuldar ötürmə edib.
Aydın