Advertisment

Müdafiə Nazirliyi balanslaşdırılmış hərbi büdcə formalaşdırıb

Rusiya Müdafiə Nazirliyi 2026-2028-ci illər üçün balanslaşdırılmış hərbi büdcə formalaşdırıb.

Herbiand.az bildirir ki, bu barədə müdafiə nazirinin birinci müavini Leonid Qornin "Krasnaya zvezda" qəzetinə verdiyi müsahibədə məlumat verib.

O, bildirib ki, Silahlı Qüvvələr üzrə Ali Baş Komandan tərəfindən qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin edəcək 2026-2028-ci illər üçün balanslaşdırılmış müdafiə büdcəsi formalaşdırılıb.

Bundan əlavə, onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi 2027-2029-cu illər üçün büdcə layihəsi hazırlayıb: “Yeni üç mərhələli hərbi büdcə planlaşdırma sistemi xərclərin səmərəliliyini artırıb və təyin olunmuş tapşırıqlara nail olmaq üçün daxili ehtiyatları müəyyən edib”.

"İzvestiya" xəbər verir ki, nazirlik maliyyə bölgüsü nəticəsində boşalmış resurslardan ən çox tələb olunan silahların alınması üçün istifadə edir. Xüsusilə bu, dronlara, eləcə də hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinə aiddir.

Bəxtiyar CƏFƏRLİ