Advertisment

“Azərbaycan-Türkiyə qardaşlığının analoqu yoxdur”-Emin Həsənli-VİDEO

“Azərbaycan-Türkiyə qardaşlığının analoqu yoxdur. Tarixən Azərbaycan Türkiyəyə, Türkiyə Azərbaycana dəstək verib”. Bunu Pressklub TV-yə açıqlamasında Hərbi Yönümlü Təşkilatlar İttifaqı və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib. 

Onun sözlərinə görə, 1918-ci ildə türk ordusu erməni silahlı qüvvələrinə qarşı mübarizədə Azərbaycana dəstək verib, Türkiyənin istiqlal savaşı zamanı isə minlərlə azərbaycanlı türk torpaqlarının azadlığı uğrunda mübarizə apararaq şəhid olub. 

Bu tarixi qardaşlıq əlaqələri sonrakı dövrlərdə də davam edərək iki ölkənin çətin günlərdə bir-birinə dəstək olmasında özünü göstərib. 

Emin Həsənli bildirib ki, 2020-ci ildəki 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Azərbaycana dəstək göstərib. Onun sözlərinə görə, bundan əvvəl də türk zabitləri Azərbaycan Ordusu üçün peşəkar kadrların hazırlanmasında mühüm rol oynayıblar. Azərbaycan da Türkiyədə baş verən meşə yanğınları zamanı qardaş ölkəyə yardım edib. 

“Yaxın vaxtlarda qarşılıqlı səfərlər olacaq və problemlər həllini tapacaq” deyən Emin Həsənli bildirib ki, mövcud problemlər qarşılıqlı anlaşma və dialoq yolu ilə həllini tapmalıdır. QHT sdəri əlavə edib ki, türk birliyi və Turan ideyası naminə bundan sonra verilən açıqlamalarda daha diqqətli və ehtiyatlı olmaq vacibdir.

Aydın
Herbiand.az