Rusiyanın minaaxtaranları daxili qanaxmaya nəzarət sistemi olan zirehli jiletlər alacaqlar. Yeni mexanizm humanitar mina təmizləmə mütəxəssisləri üçün hazırlanmış “Obereg GR” qoruyucu ləvazimatına quraşdırılıb.
Herbiand.az bildirir ki, bu barədə “Rostex” dövlət korporasiyası məlumat yayıb.
Qeyd olunub ki, yenilənmiş jilet hazırda nümunə şəklindədir və sınaqdan keçirilir. İnkişafın əsas xüsusiyyəti, zədələnmə halında ətrafların sıxılmasına imkan verən pnevmatik manjetlərin istifadəsidir.
Korporasiya vurğulayır ki, yeni funksiya yaralılara yardım zamanı itirilən vaxtı azaltmaq üçün nəzərdə tutulub. Qanaxmanı tez bir zamanda dayandırmaq qabiliyyəti yaralını xəstəxanaya aparmaq üçün əlavə dəqiqələr qazandırır və xilas olunma şansını artırır.
Bəxtiyar CƏFƏRLİ