Advertisment

Afrikalı siyasətçi tələbəlik illərində Rusiyada seriala çəkilib

Syerra-Leone prezidentinin baş müşaviri Timoti Musa Kabbanın təkcə siyasətçi deyil, həm də aktyor olduğu ortaya çıxıb.

Herbiand.az xəbər verir ki, hazırda keçirilən Rusiya-Afrika sammitində o, həmkarlarına "Sınıq işıqların küçələri" adlı rus serialında rol aldığını bildirib.

Afrikalı məmur Sankt-Peterburq Mədən İnstitutunda təhsil alıb. Tələbəlik illərində bu serialda kiçik rol alıb. Onun iştirak etdiyi bölüm "Beynəlxalq patrul" adlanır.

Bəxtiyar CƏFƏRLİ