Advertisment

ABŞ Milli kəşfiyyat direktoru agentlikdə islahatlar aparır

ABŞ Milli kəşfiyyat direktoru Cey Kleyton agentlikdə əsaslı islahatlara başlayıb. O, agentliyi əsas əməliyyat funksiyalarına qaytarmaq qərarına gəlib.

Herbiand.az bildirir ki, bu barədə The New York Times qəzeti məlumatlı mənbələrə istinadən xəbər verir.

Hazırkı və keçmiş rəsmilər nəşrə bildiriblər ki, Kleyton işlədiyi ilk üç ay ərzində agentliyə nizam-intizam gətirməyə çalışıb. İyun ayında vəzifəsindən ayrılan sələfi Tulsi Qabbardın dövründə agentlik tez-tez əsas proseslərdən kənarda qalıb. Yeni direktor ABŞ kəşfiyyat orqanları arasında əməliyyat təhlilini və koordinasiyanı effektiv şəkildə bərpa edib.

Kleytonun əsas qərarlarından biri kəşfiyyat materiallarının məxfiliyinin açılması və dərc edilməsindən məsul olan bölmənin ləğvi olub. O, həmçinin Qabbardın dövründə dayandırılmış Konqres üçün əməliyyat brifinqlərini bərpa edib. Bundan başqa, iqtisadi cəhətdən sərfəli hesab edilməyən tikinti layihələrini dondurub, bir neçə yüksək vəzifəli işçini başqa vəzifəyə təyin edib və ya işdən çıxardıb. Eyni zamanda, yüksək vəzifəli məmurlar üçün həm beynəlxalq, həm də daxili səyahət qaydalarını sərtləşdirib.

Bəxtiyar CƏFƏRLİ