Advertisment

Sədərəkdə şəhid Tağı Abdullazadənin anım günü qeyd olunub-FOTOLAR

Sədərək rayonunda şəhid Abdullazadə Tağı İlham oğlunun anım günü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də rayon sakinləri iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib və ruhuna dualar oxunub.

Tədbir zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlıq salnaməsindən bəhs olunub.

Qeyd edilib ki, şəhidlərimizin göstərdiyi misilsiz igidlik, Vətənə bağlılıq və fədakarlıq hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir.

Onların əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, gələcək nəsillərə vətənpərvərlik nümunəsi olacaqdır.

Şəhid Abdullazadə Tağı İlham oğlunun həyat və döyüş yolu ehtiramla yad edilib, onun Vətən qarşısındakı xidmətlərinin heç zaman unudulmayacağı vurğulanıb.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi