Advertisment

Rusiyad kütləvi quş tələfatı ilə bağlı ilginc iddia

Rusiyanın Nijni Novqorod vilayətinin Volodarsk şəhərində yerləşən un dəyirmanı kombinatı göyərçinlərin kütləvi tələfinə səbəb olmaqda ittiham olunur.

Herbiand.az xəbər verir ki, bu barədə NN.ru portalı məlumat yayıb.

Şəhər sakinləri quşların zavodda gəmiricilərə qarşı istifadə olunan kimyəvi maddələrdən zəhərləndiyini ehtimal edirlər.

Yerli sakinlərdən birinin verdiyi məlumata görə, zavodun yaxınlığındakı otlardan zəhərlənən iti də baytarlıq klinikasına aparılıb və heyvanın orqanizmində siçovul zəhəri aşkarlanıb.

Şəhər rəhbəri Dmitri Tretyakov isə sakinlərin vəziyyəti şişirtdiyini bildirib. Onun sözlərinə görə, zavodda gəmiricilərə qarşı yalnız sertifikatlaşdırılmış preparatlardan istifadə olunur və onlar ətraf mühitə yayılmayan xüsusi qapalı tələlərdə yerləşdirilir.

Tretyakov quşların tələf olmasının dəqiq səbəbinin hələ müəyyən edilmədiyini, mütəxəssislərin isə göyərçinlərin həddindən artıq yemək səbəbindən öldüyünü düşündüklərini qeyd edib.

Aydın

Herbiand.az