Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkənin pilotsuz uçuş aparatlarına (PUA) qarşı tamamilə yeni, universal əks-tədbirə ehtiyacı var və bu, onların təhlükəsini tamamilə aradan qaldıra bilər.
Herbiand.az xəbər verir ki, dövlət başçısı bu açıqlamanı İntellektual Texnologiyalar Akademiyasının yaradılmasına həsr olunmuş iclasda verib.
Onun sözlərinə görə, yeni təhsil müəssisəsinin ölkənin elmi və texnoloji inkişafına əhəmiyyətli töhfə verəcəyi gözlənilir. Lukaşenko vurğulayıb ki, Belarus mütəxəssislərinin bütün növ dronlara qarşı işləyəcək inqilabi həll təklif etməyə qadir olduğuna inanır: "Hazırda bu ideyanı nəzərdən keçirirəm. Hamımız narahatıq - bizə dronlar lazımdır. Bəs kiçik bir ölkədə - İsraildə və ya Belarusda - ağıllı birisi bu dronlarla mübarizə aparmaq üçün bir sistem hazırlasa necə olar?".
Belarus rəhbəri əlavə edib ki, bütün dronlara qarşı effektiv şəkildə mübarizə apara bilən bir silah hazırlanarsa, onların rolu və əhəmiyyəti sıfıra enəcək: "Budur, onlar uçmağı dayandıracaqlar. Düşəcək, partlayacaq və sair".
Bəxtiyar CƏFƏRLİ