Advertisment

Zelenski Rusiyaya qarşı yeni əməliyyat planını təsdiqlədi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Təhlükəsizlik Xidmətinin (SBU) Rusiyanın hərbi potensialını zəiflətməyə yönəlmiş yeni xüsusi əməliyyatlar həyata keçirəcəyini açıqlayıb.

Dövlət başçısı bu barədə Telegram kanalında paylaşım edib.

Zelenski bildirib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyatların nəticələri ilə bağlı ona məruzə təqdim olunub və əldə olunan nəticələr müsbət qiymətləndirilib.

"Rusiyanın təcavüzünə qarşı həyata keçirdiyimiz əməliyyatlarla bağlı hesabat dinlədim. Ukrayna Təhlükəsizlik Xidməti uğurlu nəticələr əldə edib və bu gün yeni əməliyyatların keçirilməsini təsdiqlədim", – deyə Prezident qeyd edib.

Xatırladaq ki, avqustun 4-də Prezident Volodimir Zelenskinin tapşırığı əsasında həyata keçirilən və Rusiyanın imkanlarının zəiflədilməsinə yönəlmiş 40 günlük xüsusi əməliyyat başa çatıb. Ukrayna rəhbərliyi əməliyyatın nəticələri barədə hələlik ətraflı məlumat açıqlamayıb.